CONSOL GROUP –  2008-ci ildən Azərbaycanın inşaat malları bazarında mexanik təchizat mallarının Türkiyə və Avropadan  idxalı və topdan satışı sahəsi üzrə fəaliyyətə başlamışdır. Malları yüksək keyfiyyət və tələb olunan uyğun qiymətlərlə alıcılarımıza təqdim etməklə qısa müddətdə mexanik təchizat malları bazarında tanınmağa və özümüzə layiqli bir mövqe tutmağa  müvəffəq olmuşuq. Bütün bunlara dunyanın tanınmış markaları ilə əməkdaşlıq və onların mexanik mallarının birbaşa idxalı əsaslı təkan vermişdir. Bu da,  rəqabətin günü gündən artdığı bir dövrdə tam güvənlə, doğru şəkildə və planlı idarəçilik siyasəti ilə şirkətin gələcək illərdə fəaliyyət sferasının daha da genişləndirilməsinə zəmin yaratmışdır.

Bütün bunların nəticəsidir ki,  müştərilərimizə layihələnədirmə və mexanik təchizat işləri təqdim edirik. Şirkətin bu sahədə fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar olaraq yüksək ixtisaslı, təcrübəli və peşəkar mühəndis-texniki heyətimiz də böyüyür və inkişaf edir. Müştəri məmnuniyyəti bizim üçün hər zaman önəmlidir. Layihə qrupumuz tərəfindən məkan və struktur etibarilə hər bir layihəyə uyğun olaraq   kondisioner, ventilyasiya və isitmə sistemləri (HVAC), su təchizati, kanalizasiya, yanğınsöndürmə, tüstü kənaredici avadanlıqlarının layihələndirilməsi və qymətləndirilməsi, işçi qrupumuz tərəfindən isə avadanlıqların gətirilməsi, montaji və buraxılış-sazlanması üzrə bütün işlər standartlara uyğun şəkildə təqdim olunur. Müştərilərimizə həmçinin quraşdırılan avadanlıqların baxım və servis xidmətini təklif edirik.

CONSOL GROUP olaraq – Hədəfimiz daha böyük təcrübə və  hər zaman peşəkar heyətlə daim böyük layihələrə imza atmaqdır.