Biz Consol Group şirkəti olaraq Azərbaycan Respublikasının regionlarında bütün Asan xidmətlərin və bir çox sənaye müəssisələrinin, ticarət mərkəzlərinin layihələndirmə ishlərini, eləcə də isitmə, soyutma, havalandırma, su təchizatı, kanalizasiya və yanğın sistemləri ilə təmin etmişik. Kollektivimiz layihələrə əvvəldən axıra kimi rəhbərlik etməyə qadir bilik və təcrübəyə sahib olan tədbirli və perspektiv düşüncəli mütəxəssislərdən ibarətdir.

Layihə sadə dildə tərtib olunmalı, həddən artıq elmi ifadələr, ümumi sözlər və mücərrəd anlayışlarla yüklənməməlidir. Görüləcək hər bir iş dəqiq və aydın təsvir olunmalı, əlavə mülahizələrə yol verilməməlidir. Zəruri hallarda statistik məlumatlar daxil edilməlidir. Ardıcıllığa riayət olunmalı, maksimum konkretliyə üstünlük verilməlidir. Layihənin məzmununa onu təqdim etmiş qurum və məsul şəxslər haqqında məlumat daxil edilməməlidir.

İş prosesimiz aşağıdakı mərhələlərdən ibarətdir:

  1. Obyektin mexaniki təchizat işlərinin  görülməsi üçün layihələndirmə işləri başlanılır.
  2. Hazırlanmış layihəyə görə mexaniki təchizat işləri görülür
  3. Mütəmadi olaraq görülən işlərə və işçilərə inspektor tərəfindən nəzarət edilir
  4. Layihənin hər hansı bir hissəsi bitdikdən sonra inspektor tətəfindən avadanlıqların markaları, kanalların ölçüləri, boruların diametri və uzunluğunu yoxlayıb şəklini çəkərək işə nəzarət edir
  5. İspektor tərəfindən iş zamanı işçilərin təhlükəsizlik qaydaları təlimatının sahə rəisindən raport şəklində götürülməsi